...

Sabitlik davam edərsə, faiz dərəcəsinin azaldılması və ya artırılmasını nəzərdən keçirəcəyik - Vüqar Əhmədov

İqtisadiyyat Materials 3 May 2023 12:07 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank faiz dərəcəsinin hər hansı konkret faizinə nail olmağı qarşısına hədəf olaraq qoymur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

"Təkrar maliyyələşdirmənin faiz dərəcəsini artırmaqla və ya azaltmaqla biz inflyasiyanı saxlayan və yüngülləşdirən maliyyə bazarına səmərəli təsir göstəririk. Bazarın sabit olduğunu görürüksə, istər iqtisadiyyata, istərsə də inflyasiyaya mənfi təsir müşahidə olunmur, yəni trayektoriya müsbətdir. Bu zaman fasilə veririk. Sabitlik davam edərsə, faiz dərəcəsinin azaldılması və ya artırılması imkanını nəzərdən keçirəcəyik", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti