...

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki layihələr investorlar üçün yeni imkanlar açır

İqtisadiyyat Materials 29 May 2023 12:07 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki yeni layihələr yerli borc bazarının inkişafına təkan verə bilər.

Bu barədə cümə axşamı Trend-ə "Gazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşina deyib.

"Bu layihələr həm dövlət büdcəsindən, həm də özəl investorlar hesabına maliyyələşdirilir. Mühüm maliyyə ehtiyaclarını və banklarda kredit limitlərinin bitməsini nəzərə aldıqda şirkətlər kapital bazarlarında layihələrin maliyyələşdirilməsi üçün vəsait cəlb etməyi planlaşdırırlar. Girov qoymaq zərurətinin olmaması yerli bazarda istiqraz yerləşdirməyin xeyrinə əlavə bir arqumentdir", - o deyib.

G.Haydarşina həmçinin vurğulayıb ki, potensial emitentlər öz maliyyə hesabatlılığını yaxşılaşdırmağa çalışır.

"İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin maliyyələşdirilməsi ehtiyacı ildə 3-4 milyard manat olaraq qiymətləndirilir ki, bu da "Gazprombank"ın qiymətləndirmələrinə görə, ÜDM-in təqribən 2,2-3 faizini təşkil edir və "yaşıl maliyyələşdirmə" vasitələrinin yerləşdirilməsi üçün imkanlar açır", - o deyib.

G.Haydarşina qeyd edib ki, xarici investorlar həm birinci, həm də ikinci bazarda brokerlər vasitəsilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qiymətli kağızlarına investisiya qoya bilərlər.

"Hazırda ikinci bazarda investisiya meydançalarının inkişafı üzrə işlər görülür. Həmçinin "Euroclear" və "Clearstream" ilə əməkdaşlıq nəzərdən keçirilir, lakin yerli borc bazarının genişləndirilməsini tələb edir. Azərbaycanın Maliyyə Nazirliyi Dünya Bankı ilə dövlət borcu risklərini idarəetmə proqramı üzrə əməkdaşlıq edir ki, bu da Azərbaycanın böyük banklarının iştirakı ilə dövlətin ikinci qiymətli kağızlar bazarının inkişafına şərait yaradır. Bu cür mexanizmi tətbiq etməklə yerli borc bazarının həcminin böyüyəcəyi gözlənilir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti