...

Beynəlxalq yük daşımaları kontekstində Zəngəzur dəhlizinin əhəmiyyəti artıb

İqtisadiyyat Materials 25 İyun 2023 10:59 (UTC +04:00)
Beynəlxalq yük daşımaları kontekstində Zəngəzur dəhlizinin əhəmiyyəti artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq yük daşımaları kontekstində Zəngəzur dəhlizinin əhəmiyyəti artıb.

Trend bazar günü xəbər verir ki, bunu bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin insan resurslarının idarə edilməsi üzrə mütəxəssisi Ceyhun Nağıyev "Alstom"un tədris mərkəzinin (dəmiryolu sahəsində mütəxəssislər hazırlayan mərkəz) diplomlarının təqdim olunma mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan təkcə Şərqdən Qərbə deyil, həm də Şimal-Cənub istiqamətində yüklərin daşınmasında böyük rol oynayır.

"Ölkəmizin dəmiryolu sektorunun gələcək inkişafında mühüm potensial görürük və bununla əlaqədar olaraq müvafiq kadrların təlimi və hazırlığı vacibdir. Azərbaycan Texniki Universitetinin Fransanın "Alstom" şirkəti ilə əməkdaşlığı ölkəmizdə dəmir yollarının və dəmiryolu layihələrinin gələcək inkişafına böyük töhfə verəcək", - C.Nağıyev qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti