...

İxrac olunan polietilenin həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 İyul 2023 03:12 (UTC +04:00)
İxrac olunan polietilenin həcmi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvar-iyun aylarında Azərbaycandan 80,5 min ton polietilen ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 83 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında 68,7 milyon dollarlıq 48,3 min ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti