...

Azərbaycanda şəkər tozu yenidən bahalaşa bilər

İqtisadiyyat Materials 4 Avqust 2023 10:55 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda satılan şəkər tozunun qiymətində artım müşahidə edilir. Belə ki, pərakəndə satılan şəkər tozunun bir kiloqramının qiymətində 20 qəpik, topdan satılan şəkər tozunun (50 kiloqramlıq) qiymətində isə 4 manat artım olduğu bildirilir.

Bu il dünyada şəkər istehsalının azalacağı proqnozlaşdırılır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı eksper Eyyub Kərimli bildirib ki, bu il şəkər tozunun qiyməti son 20 ildə ən çox bahalaşacağı il olacaq.

"Buna əsas iqlim şəraiti və Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar şəkər çuğundurunun istehsalında azalma, gübrələrin və yanacağın qiymətlərinin artması bahalaşmaya səbəb olub. Hazırda ölkəmizdə 100 min tona yaxın şəkər istehsal olunub ki, bu da ümumi tələbatın 40%-i təşkil edir. Qalan hissə isə digər ölkələrdən gətirilir. Ölkəmizdə hazırda şəkərə tələbat 270 tondur", - deyə E. Kərimli vurğulayıb.

Ekspert əlavə edib ki, dünyada şəkər tozunun qiymətinin artması ölkəmizdə də qiymətin bahalaşmasına səbəb olacaq.

"Azərbaycanda hər il şəkər çuğundurunun istehsalı artırılır. Tam aslılığı aradan qaldırmaq üçün əkin sahələrini genişləndirmək lazımdır. Çünki şəkər strateji məhsuldur. Hazırda dünyada şəkər tozunun qiymət artımı 5-7% civarındadır. Növbəti aylarda artım daha çox ola bilər, işləkliyini təmin edəcəksə bir nəticə edilə bilər", - deyə iqtisadçı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti