...

“PAŞA Kapital” dövriyyəsinə görə investisiya şirkətləri arasında birincidir

İqtisadiyyat Materials 4 Avqust 2023 11:53 (UTC +04:00)
“PAŞA Kapital” dövriyyəsinə görə investisiya şirkətləri arasında birincidir

Bakı. Trend:

Bakı Fond Birjası tərəfindən açıqlanan statistikaya əsasən "PAŞA Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti, 2023-cü ilin yanvar-iyul aylarında 8 milyard 39 milyon 354 min 228 manat dövriyyə ilə Azərbaycan bazarında liderlik mövqeyini saxlamaqda davam edir

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, vasitəçilik, investisiya məsləhətləri və anderraytinq kimi müxtəlif investisiya imkanları üzrə ixtisaslaşan aparıcı investisiya şirkətidir.

Şirkət, yüksək keyfiyyətli vasitəçilik xidməti ilə investorlara Bakı Fond Birjasınnın ilkin və təkrar bazarına çıxışı, yerli bazarda birjadankənar əqdlərin bağlanması, xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılması və əlavə olaraq REPO sövdələşmələrinin təşkili üzrə uğurlu təcrübəyə malikdir.

Qeyd olunan dövr üzrə şirkətin qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində - Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında ən çox əməliyyat həcmi ilə öz lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuşdur. Ümumilikdə, PAŞA Kapitalın 2023-cü ilin yanvar-iyul ayları üzrə bazar payı 47% faiz olmuşdur.

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, Azərbaycan bazarında liderlik mövqeyini qorumaqla, yerli bazarda investisiya imkanları axtaranlar üçün etibarlı tərəfdaş olmağa davam edir.

Xəbər lenti

Xəbər lenti