...

Azərbayanda ilk dəfə sığorta festivalı keçiriləcək

İqtisadiyyat Materials 24 Avqust 2023 12:08 (UTC +04:00)
Azərbayanda ilk dəfə sığorta festivalı keçiriləcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə “Sığorta Festivalı” təşkil olunacaq.

Trend xəbər verir ki, bunu festivalla əlaqədar bu gün keçirilən mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib.

Onun sözlərinə görə, 2021-ci ildən ölkə əhalisinin sığorta savadlılığının artırılması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində çoxşaxəli tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də 26 avqust tarixdə start veriləcək “Sığorta Festivalı” layihəsidir.

İcraçı direktorun sözlərinə görə, festival 26 avqust – 7 sentyabr tarixlərində təşkil olunacaq. Festivalın 26 avqust tarixində Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində başlamaqla, Sumqayıt, İsmayıllı, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Gədəbəy, Şəki və Zaqatala regionlarında keçirilməsi nəzərdə tutulub. Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə “edutatement” formatında təşkil olunacaq.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın maarifləndirmə və təbliğat-təşviqat tədbirinin icrası məqsədilə Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti