...

Bu il Türkiyə iqtisadiyyatında böyümə gözlənilir - “Moody's”

İqtisadiyyat Materials 2 Sentyabr 2023 09:15 (UTC +04:00)
Bu il Türkiyə iqtisadiyyatında böyümə gözlənilir - “Moody's”
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq kredit reytinq agentliyi “Moody's” Türkiyə iqtisadiyyatının artım proqnozunu açıqlayıb.

Trend xəbər verir ki, “Qlobal Makro Görünüş” 2023-2024 hesabatının avqust sayını dərc edən “Moody's” Türkiyə iqtisadiyyatının bu il 4,2 faiz, gələn il isə 3 faiz böyüməsinin gözləndiyini açıqlayıb.

Keçən may ayında dərc edilən hesabatdakı proqnozda Türkiyə iqtisadiyyatının bu il 2,6 faiz, gələn il isə 2 faiz artacağı proqnozlaşdırılırdı.

Hesabatda Türkiyənin inflyasiya proqnozları da yer alıb. Buna uyğun olaraq, Türkiyədə ilin sonuna inflyasiyanın bu il yüzdə 51,2, gələn il isə yüzdə 48,7 olmasının gözləndiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti