...

Azərbaycanda avtomobil benzinin istehsalı artdı

İqtisadiyyat Materials 14 Oktyabr 2023 10:35 (UTC +04:00)
Azərbaycanda avtomobil benzinin istehsalı artdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvarsentyabr aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 19,1 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3347,6 milyon manat olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft məhsullarının istehsalı 11,5 faiz artıb. Neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 57,7 faiz, neft koksunun istehsalı 27,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 20,0 faiz, neft bitumu istehsalı 30,7 faiz, mazut istehsalı isə 92,4 faiz azalıb.

Qeyd olunan dövr ərzində Azərbaycan əhalisi ticarət şəbəkələrində xərlədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti