...

Mərkəzi Bankın valyuta ehtiyatları 10.5 mlrd. ABŞ dollarına çatıb

İqtisadiyyat Materials 1 Noyabr 2023 14:24 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları 10.5 mlrd. ABŞ dollarına çatıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Profisitli xarici ticarət balansı şəraitində (9 ayda 13.9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinin azaldılması ilə bağlı yaydığı məlumatda deyilir.

"Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1247.9 mln. ABŞ dolları təşkil etməklə alışyönlü olub. Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 16.8% və ya 1.5 mlrd. ABŞ dolları artaraq 10.5 mlrd. ABŞ dollarına çatıb", - AMB-dən bildirilib.

Qeyd edək ki, Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilib. Bu qərar 2 noyabr 2023-cü ildən qüvvəyə minir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti