...

Uçot dərəcələrinin yumşaldılmasının səbəbi açıqlandı

İqtisadiyyat Materials 2 Noyabr 2023 14:50 (UTC +04:00)
Uçot dərəcələrinin yumşaldılmasının səbəbi açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Faiz dərəcəsinin yumşalmasının səbəbi odur ki, Mərkəzi Bankın proqnozlarına əsasən, inflyasiya növbəti orta müddətdə hədəf diapazonunda olacaq

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi şəraitində yumşalma siyasəti aparırlar.

"Planımıza görə, bu ilin sonuna kimi bazamız 20 faizədək artacaq. Bu da gələcəkdə makroiqtisadi nəzərdən risklər yaradır. Ona görə də uçot dərəcəsinin parametrlərini aşağı salırıq ki, gələcək təsirləri məhdudlaşdıraq”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti