...

İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün 4-6 trilyon dollar lazımdır - Şəmsiyyə Mustafayeva

İqtisadiyyat Materials 16 Noyabr 2023 17:55 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox maliyyə vəsaiti lazımdır.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin tərəfdaşlıq və inkişaf üzrə maliyyə müşaviri Şəmsiyyə Mustafayeva Dayanıqlı İnkişafa dair II Bakı Forumunda deyib.

"İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə yardım göstərmək üçün hər il 100 milyard ABŞ dolları ayırırlar, lakin indi görürük ki, əslində bizə bunun üçün 4-6 trilyon dollar lazımdır", - deyə o vurğulayıb.

Ş.Mustafayeva qeyd edib ki, bu ölkələr üçün yüksək faizlər borcların ödənilməsi ilə bağlı ağır şərtlərlə nəticələnə bilər.

"İnkişaf etməkdə olan ölkələr hər bir dolları geri ödəyirlər. Onlar borcun ödənilməsi üçün səkkiz dəfə çox ödəməli olacaqlar", - deyə o əlavə edib.

Qeyd edək ki, Dayanıqlı İnkişafa dair II Bakı Forumu 2030-cu ilədək BMT gündəliyinin reallaşdırılmasında region ölkələri və beynəlxalq təşkilatlarla təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli şəxsləri, BMT, beynəlxalq maliyyə və regional təşkilatların, dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri, eləcə də ekspertlər iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti