...

Naxçıvanda yeni vergi ödəyicilərinin sayı artıb

İqtisadiyyat Materials 13 Dekabr 2023 12:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 5.521 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 90,5%-i fiziki, 9,5%-i hüquqi şəxslər və digər təşkilatlar olub.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Vurğulanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 1,9 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,7 dəfə, hüquqi şəxslərin sayı isə 18 dəfə artıb.

Yanvar-noyabr aylarında kommersiya qurumlarının 66%-i elektron qaydada, 34%-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Xəbər lenti

Xəbər lenti