...

Mərkəzi Bank inflyasiyaya dair proqnozunu qoruyub saxlayıb

İqtisadiyyat Materials 28 Mart 2024 12:12 (UTC +04:00)
Mərkəzi Bank inflyasiyaya dair proqnozunu qoruyub saxlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il üzrə inflyasiya proqnozu dəyişilməz qalıb (bu ilin yanvar ayına proqnoz 5,3 faizdir).

Trend Mərkəzi Banka istinadən xəbər verir ki, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır.

"2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlanılmışdır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı vardır", - Mərkəzi Bankın məlumatında deyilir.

Bankdan bildiriblər ki, ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib.

"2024-cü ilin fevralında 12 aylıq inflyasiya 0.8%, 12 aylıq baza inflyasiya isə 1.4% təşkil etmişdir. İllik ərzaq deflyasiyası 0.3%, qeyri-ərzaq inflyasiyası 1.4%, xidmətlər inflyasiyası isə 2.3% olmuşdur. İllik inflyasiyada azalma xarici və daxili amillərin təsirləri ilə baş verir", - qurumdan vurğulanıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti