...

Enerji sektoru Azərbaycanın iqtisadi inkişafında həlledici rol oynayır - Komitə sədri

İqtisadiyyat Materials 5 İyun 2024 17:36 (UTC +04:00)
Enerji sektoru Azərbaycanın iqtisadi inkişafında həlledici rol oynayır - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın enerji sektoru, xüsusilə də neft və qaz sənayesi, ölkənin iqtisadi inkişafında həlledici rol oynayır. “Əsrin müqaviləsi” ilə başlanan bu proses Azərbaycanın enerji siyasətinin əsasını qoydu və ölkəmizi dünya neft ixracatçılarından birinə çevirdi.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, Azərbaycanın enerji sektoru həm neft və qaz, həm də bərpaolunan enerji sahələrində mühüm nailiyyətlər əldə edib.

"Bu nailiyyətlər ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verir və Azərbaycanın enerji siyasətindəki strateji addımlarını dəstəkləyir. Bakı Enerji Həftəsi kimi tədbirlər isə Azərbaycanın enerji sektorundakı uğurlarını dünyaya nümayiş etdirərək, ölkəmizin bu sahədəki lider mövqeyini daha da möhkəmləndirir", - deyə komitə sədri bildirib.

T.Mirkişili vurğulayıb ki, Azərbaycanın enerji sektoru davamlı inkişafın nümunəsidir və bu sahədə atılan hər bir addım ölkəmizin gələcək iqtisadi inkişafına böyük töhfə verir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın strateji maraqlarına xidmət edir və xalqımızın rifahına istiqamətlənib. Azərbaycanın enerji sektorundakı uğurları, xüsusilə də qaz ixracında əldə edilən nailiyyətlər ölkəmizi dünya enerji bazarında etibarlı tərəfdaş kimi tanıdır. Bu, həm də ölkəmizin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır", - deyə komitə sədri vurğulayıb

T.Mirkişili əlavə edib ki, bərpaolunan enerji mənbələrinə keçid Azərbaycanın enerji siyasətində yeni bir səhifə açır.

"Azərbaycan, ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji resurslarına da böyük diqqət yetirir. “Masdar” şirkəti ilə həyata keçirilən layihələr bu istiqamətdə atılan mühüm addımlardandır. Bu layihələr 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsini nəzərdə tutur.

Bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr ölkədə yeni iş yerlərinin açılmasına və yerli iqtisadiyyatın inkişafına da şərait yaradır. Bu, həm də ölkəmizin enerji sektorunun daha da şaxələndirilməsi və dayanıqlı inkişafının təmin edilməsi baxımından vacibdir”, - deyə T.Mirkişili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti