...

Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş məqsədlərinin əldə olunmasına imkan yaradacaq - Kanako Mabuçi

İqtisadiyyat Materials 10 İyun 2024 11:58 (UTC +04:00)
Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş məqsədlərinin əldə olunmasına imkan yaradacaq - Kanako Mabuçi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş məqsədlərinin əldə olunmasına imkan yaradacaq.

Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda "Dayanıqlı inkişaf: problemlər və həllər" mövzusunda keçirilən tədbirdə deyib.

"Mobil sənaye Azərbaycanın 2030-cu il üçün müəyyən edilmiş məqsədlərinin əldə olunmasına imkan yaradacaq. O, müsbət dəyişikliklərə səbəb olmaq, cəmiyyətlərin imkanlarını genişləndirmək və dayanıqlı gələcək yaratmaq potensialına malikdir. Mobil rabitə və mobil internet istifadəçilərinin sayının artması, eləcə də mobil texnologiyalar əsasında istifadəçi xidmətlərinin sürətləndirilməsi və dayanıqlı biznes qurmaq metodları sayəsində mobil sənaye bu prosesdə açar rolu oynaya bilər. Beləliklə, mobil sənayenin dayanıqlı inkişaf məqsədlərinin (DİM) əldə edilməsi üzrə kollektiv səylərin bir hissəsinə çevriləcəyinə ümid edirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə şirkətləri tərəfindən 920,8 milyon manat dəyərində xidmət göstərilib. Bu xidmətlərin 77 faizi əhaliyə göstərilib.

Hesabat dövründən Azərbaycanda mobil rabitə xidmətlərindən 354,2 milyon manat gəlir əldə edilib (telekommunikasiyalar bazarının ümumi gəlir həcmində 38,5 faiz).

Xatırladaq ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanda informasiya və rabitə şirkətləri tərəfindən 3,206 milyard manat dəyərində xidmət göstərilib (16,3 faiz artım) .

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti