...

Daha bir MMC-yə “Araz Vadisi İqtisadi Zonası”nın rezidenti statusu verildi

İqtisadiyyat Materials 18 İyul 2024 12:54 (UTC +04:00)
Daha bir MMC-yə “Araz Vadisi İqtisadi Zonası”nın rezidenti statusu verildi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

Trend xəbər verir ki, bu barədə İqtisadi zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb.

Müəssisədə yüksək keyfiyyətli tamet daşların istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 25 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti