Bakı. Trend:
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır.
Trend xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, “Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Müəssisədə sucuq istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunan mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu il Ağdam Sənaye Parkında beşdən artıq müəssisənin fəaliyyətə başlayacağını bildirib.