...

Bakı Fond Birjasının strateji təşəbbüsləri açıqlanıb

İqtisadiyyat Materials 19 Sentyabr 2024 12:21 (UTC +04:00)
Bakı Fond Birjasının strateji təşəbbüsləri açıqlanıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Fond Birjasının (BFB) QSC-nin idarə heyətinin sədri Ruslan Xəlilov gələcək 3 il ərzində izlənəcək 7 strateji təşəbbüsü açıqlayıb.

Trend xəbər verir ki, Ruslan Xəlilov mətbuat konfransında təşəbbüslərdən 4-nün istiqraz bazarı ilə, 3-nün isə fond bazarı ilə bağlı olduğunu bildirib.

"İstiqraz bazarındakı 1-ci təşəbbüs dövlət müəssisələri tərəfindən istiqrazların buraxılmasının stimullaşdırılmasıdır. Bu sahədə potensialları var və biz dövlət müəssisələrinin istiqraz bazarındakı payının artacağını proqnozlaşdırırıq", - o vurğulayıb.

R.Xəlilovun sözlərinə görə, yaxın 3 il ərzində dövlət istiqrazlarının həcmi 1,3 milyard manata qədər artacaq. 2-ci təşəbbüs institusional investorların bazara cəlb olunmasıdır. 3-cü təşəbbüs – korporativ istiqrazların emissiyasının stimullaşdırılmasıdır (burada artım potensialı 1,5 milyard manatdır). 4-cü təşəbbüs isə, fərdi investorların istiqraz bazarındakı rolunun artırılmasıdır (potensial 280 milyon manat səviyyəsində proqnozlaşdırılır).

Fond bazarı ilə bağlı aşağıdakı təşəbbüslər açıqlanıb:

- fərdi investorların fond bazarında iştirakını asanlaşdırmaq üçün zəruri tədbirlərin görülməsi;

- özəl müəssisələrin səhmlərinin İlkin ictimai təklif (IPO) üçün dəstək verilməsi; burada özəl müəssisələrin kapitalizasiya artımının 500 milyon manat səviyyəsində proqnozlaşdırıldığı bildirilir.

- IPO üçün akselerasiya proqramının işə salınması.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti