...

Ani Ödənişlər Sistemi ilə mobil tətbiqdən hesablara mədaxil imkanı yaradılıb

İqtisadiyyat Materials 23 Sentyabr 2024 10:22 (UTC +04:00)
Ani Ödənişlər Sistemi ilə mobil tətbiqdən hesablara mədaxil imkanı yaradılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, növbəti uğurlu inteqrasiya tədbirləri nəticəsində “PAŞA Bank” ASC-nin mobil tətbiqində istifadəçilər üçün AÖS ilə köçürmə etmək imkanı yaradılıb. Sözügedən funksionallığın yaradılması nəticəsində “PAŞA Bank” ASC-nin müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olub. Eyni zamanda, mobil tətbiq vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “PAŞA Bank” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə və ya şəxsiyyət vəsiqəsinin FİN məlumatı ilə köçürmələr qəbul edə biləcəklər.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı, VÖEN) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti