ABB 2025-ci il üçün səhmlərinin dividend gəlirliliyi üzrə proqnozları açıqlayıb

İqtisadiyyat Materials 24 Sentyabr 2024 12:23 (UTC +04:00)
ABB 2025-ci il üçün səhmlərinin dividend gəlirliliyi üzrə proqnozları açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin dividend gəlirliliyinin 15 faizdən artıq olacağı proqnozlaşdırılır.

Trend xəbər verir ki, bu barədə ABB-nin idarə heyətinin sədri Abbas İbrahimov ABB-nin səhmlərin emissiyası üzrə yekunlara həsr olunmuş brifinqdə bildirib.

"2024-cü il sentyabrın 1-nə ABB 212 milyon manat xalis mənfəət əldə edib. Bu il bankın səhmdarları üçün dividend gəliri 15,1 faizə çatıb və gələn il bu göstəricinin 15 faizdən çox olacağı gözlənilir", - o vurğulayıb.

Qeyd edək ki, səhmlərin ilk ictimai yerləşdirilməsi (IPO) çərçivəsində ABB-nin səhmlərinə 33 mindən çox investor tərəfindən təxminən 50 min ərizə təqdim edilib. Beləliklə, səhmdarların sayı 1,794-dən 35,104-ə yüksəlib. ABB-nin səhmlərinə tələbin əvvəlki dövrlə müqayisədə 7,8 faiz artdığı bildirilir. Eyni zamanda, ABB-nin səhmlərinə olan ərizələrin 84 faizi rəqəmsal kanallar vasitəsilə təqdim edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti