Bakı. Trend:
Türk dövlətləri arasında birgə fəaliyyətin gücləndirilməsi ölkələrimizin rifahına, iqtisadi artıma və dayanıqlı inkişafa təminat verir.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Türk dövlətləri arasında birgə fəaliyyətin gücləndirilməsi ölkələrimizin rifahına, iqtisadi artıma və dayanıqlı inkişafa təminat verir. İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısında sənaye ekosisteminin təkmilləşdirilməsi, ticarət və investisiyaların təşviqi, KOB, müasir texnologiyaların tətbiqi, elm, innovasiya və rəqəmsallaşma sahələrində təşəbbüslərimizin artırılması imkanlarını dəyərləndirdik. Səmərəli müzakirələrlə yadda qalan iclasın təşkilatçılarına və qardaş Türkiyəyə səmimi qonaqpərvərlik üçün təşəkkür edirik”, - paylaşımda qeyd olunub.