Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi xidməti avtobuslar alır.
Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumata görə, bununla bağlı agentlik hazırlıqlara başlayıb.
Məlumata görə, satın alınacaq 3 ədəd avtobus agentliyin müvafiq sosial xidmət müəssisələri üçün nəzərdə tutulub.
Avtobusların istehsal ilinin minimum 2023-cü il olması əsas şərtlərdəndir.
Agentliyə avtobusları “Azərmaş Park” Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verəcək. Bunun müqabilində şirkətə 720 min manat ödəniş ediləcək.