...

Türkmənistan TDT-nin elektron icazələr sisteminə qoşulacaq

İqtisadiyyat Materials 16 Yanvar 2025 11:43 (UTC +04:00)
Türkmənistan TDT-nin elektron icazələr sisteminə qoşulacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı.Trend:

Türkmənistan Türkdilli Dövlətlər Təşkilatının (TDT) üzv dövlətləri arasında elektron icazələr sisteminə qoşulmağa hazırlaşır.

Trend xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev TDT-nin gömrük xidməti rəhbərlərinin 10-cu iclasında etdiyi çıxışda bildirib.

“Trans-sərhəd ticarət yarışı, nəqliyyat xərclərinin artımı, uzun sürən sənəd yoxlanışları, çətin gömrük və tranzit prosedurları kimi qlobal çağırışlar şəraitində, bu kimi problemlərin həlli bizim regionun iqtisadi dayanıqlılığı və inkişafı baxımından həyati əhəmiyyət daşıyır.

Bizim “Türk dünyası 2040 vizyonu” adlı strateji sənədimizə uyğun olaraq, TDT Orta dəhliz boyunca üzv dövlətlərin gömrük və ticarət proseslərini sadələşdirməyə səy göstərir. Bizim üzv dövlətlərin mühüm nailiyyətlərinə misal kimi 2022-ci ildə UNICEF-lə əməkdaşlıq çərçivəsində Özbəkistan və Azərbaycan arasında TIR elektron sisteminin uğurlu fəaliyyətini göstərmək olar. Biz TDT regionunun TIR elektron sisteminin gerçəkləşməsində lider olmasına can atırıq”, - deyə o bildirib.

Ömüralıyev qeyd edib ki, bir təşkilat olaraq TDT tam olaraq üzv dövlətlər, UNICEF və IRU ilə əməkdaşlıq çərçivəsində bu təşəbbüsün dəstəklənməsi və inkişaf etdirilməsi üzrə götürdüyü öhdəliklərə tam olaraq sadiqdir.

“Biz üzv dövlətlərimiz arasında elektron icazələri sisteminin genişləndirilməsi üzərində aktiv işləyirik. Türkmənistan da bu təşəbbüsə qoşulmağa hazırlaşır ki, bu da öz növbəsində əlaqələri möhkəmləndirəcək və türk dövlətləri arasında regional inteqrasiyanı daha da dərinləşdirəcək. Ötən il biz “YURTA” adı altında Türk regionunda beynəlxalq avtodaşıyıcı assosasiyalarının İttifaqını, həmçinin, Türk dövlətlərinin logistika mərkəzlərinin və yükdaşıyıcılarının Alyansını yaratmışıq”, - deyə baş katib bildirib.

Xəbər lenti

Xəbər lenti