Bakı. Trend:
Azərbaycanla Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) arasında nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
"Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibi Kayrat Sarıbay ilə görüşüb. Görüşdə Azərbaycanın təşkilata sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib. Müvafiq tədbirlərin keçirilməsi və layihələrin icrası ilə bağlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.