Bakı. Trend:
Gəncədə avtobus parkının layihələndirilməsi işləri həyata keçiriləcək.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) müvafiq işlərə yekun vurulub.
Belə ki, MMC sözügedən işlərin icrasını Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, instituta 239,8 min manat ödənilib.
Qeyd edək ki, Gəncə şəhərində ictimai nəqliyyatın tamamilə yenilənməsi planlaşdırılır. Bunun üçün zəruri vəsait ayrılıb. Şəhərdə avtobusların və qarajların yenidən qurulmasının təmin edilməsi nəzərdə tutulur.
