Bakı. Trend:
Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin final mərhələsinin Azərbaycanda keçirilməsi müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın X sosial şəbəkə hesabında məlumat verilib.
"Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsi Fondunun prezidenti və Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin icraçı direktoru Vilyam Pauçer ilə görüşüb.
Görüş çərçivəsində tərəflər arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri və gələcəkdə Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsinin final mərhələsinin Azərbaycanda keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd olunub.