...

Dövlət Neft Fondu ötən il 25,2 ton qızıl alıb

İqtisadiyyat Materials 28 Yanvar 2025 17:50 (UTC +04:00)
Dövlət Neft Fondu ötən il 25,2 ton qızıl alıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin ilk 9 ayında Dövlət Neft Fondu tərəfindən əlavə alışlar və qızılın qiymət artımı nəticəsində porfelin xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 5,7% artaraq 17,7%-ə yüksəlib.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Məlumata görə, Fondun investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı ilin əvvəlinə 101,8 ton və ya 6 752,1 mln ABŞ dolları təşkil edib.

Bildirilib ki, 2024-cü ilin ilk 9 ayı ərzində əlavə olaraq 1 928,6 mln. ABŞ dolları dəyərində 25,2 ton qızıl alınıb.

Qeyd olunub ki, əlavə alışlar və qızılın qiymət artımı nəticəsində, sentyabr ayına olan vəziyyətə görə qızılın ümumi miqdarı 127,0 ton və ya 10 844,9 mln. ABŞ dollarına yüksəlib. Bununla da ilin əvvəli ilə müqayisədə ümumi portfeldə qızılın xüsusi çəkisi 5,7% artaraq 17,7%-ə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti