...

Azərbaycanda bankların kredit portfeli artıb

İqtisadiyyat Materials 30 Yanvar 2025 12:39 (UTC +04:00)
Azərbaycanda bankların kredit portfeli artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bankların kredit portfelinin artımı ötən ilin dekabr ayında da davam edib.

Trend Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 0.4% və ya 109.5 milyon manat artaraq 27,5 milyard manat olub.

Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.8% (14,787.2 mln. manat);
ıı) istehlak kreditləri – 30.7% (8,445 mln. manat)
ııı) ipoteka kreditləri – 15.5% (4,245.5 mln. manat).
Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,294.7 mln. manat (o cümlədən biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.5% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti