Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 53,1 milyard manat, cəmi öhdəlikləri 46,4 milyard manat, balans kapitalı isə 6,6 milyard manat olub.
Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artıb.
Bir yanvar tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,230 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq, 25,363 (ilin əvvəlindən 7.6% və ya 1,794 əməkdaş) nəfər təşkil edib.