...

Azərbaycan İsveçrə ilə vergi sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

İqtisadiyyat Materials 30 Yanvar 2025 15:52 (UTC +04:00)
Azərbaycan İsveçrə ilə vergi sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və İsveçrənin Federal Vergi Administrasiyası arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Dövlət Vergi Xidmətinidən Trend-ə verilən məlumata görə, bu, DVX rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərlinin İsveçrənin Federal Vergi Administrasiyasının baş direktoru Tamara Famatr ilə videoformatda görüşü zamanı baş tutub.

Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər həm IOTA çərçivəsində birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Məlumata görə, görüşdə IOTA-nın fəaliyyətinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin Təşkilata rəhbərliyi müddətində həyata keçirilən işlər, strateji inkişaf planları və perspektivlər müzakirə edilib.

Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sisteminin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyır. Görüşdə vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti