Bakı. Trend:
Bakı Metropoliteinin “İçərişəhər” stansiyasında keçid kamerası tikiləcək.
Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Dövlət Proqramına əsasən, 2025−2027-ci illər ərzində “İçərişəhər” stansiyasından sonra dönmə qurğusunun layihələndirilməsi və tikintisi işləri aparılacaq, daha sonra istismara veriləcək.
Görüləcək iş üzrə əsas icarçı orqan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir (RİNN).