...

"Azərpoçt"un gəlirlərinin və xərclərinin strukturu açıqlanıb

İqtisadiyyat Materials 7 Fevral 2025 11:32 (UTC +04:00)
"Azərpoçt"un gəlirlərinin və xərclərinin strukturu açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il "Azərpoçt"un gəlirlərinin 65%-ni maliyyə xidmətləri, 28%-ni poçt xidmətləri, digər hissəni isə logistika və digər poçt xidmətləri təşkil edib.

Trend xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev 2024-cü ilin yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, "Azərpoçt"un xərclərinin 60%-ni əməkhaqqı xərcləri tutur.

"Bunlarla yanaşı, 2025-ci il üçün proqnozlarımız yüksəkdir. Bu ili də xalis mənfəətlə yekunlaşdırmaq əsas hədəflərdəndir. Son iki ildə "Azərpoçt"un maliyyə dayanıqlılığının qorunması və fəaliyyətinin xalis mənfəətlə davam etdirilməsi əsas məqsədlərimizdəndir", - deyə İ.Mustafayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti