Bakı. Trend:
2024-cü ildə ümumi Yaşıl Kart sığortası üzrə 468 sığorta hadisəsi baş vermiş və 2,5 milyon manat sığorta ödənişi həyata keçirilmişdir.
Trend xəbər verir ki, bunu bu gün İcbari Sığorta Bürosunun baş informasiya meneceri Anar Səmədov Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, ümumi Yaşıl Kart üzrə 50 207 müqavilə rəsmiləşdirilib və 7,2 milyon manat sığorta haqqı toplanıb:
"Azərbaycanda rəsmiləşdirilmiş Yaşıl Kartlar üzrə 314 sığorta hadisəsi qeydə alınıb və 1,2 milyon manat sığorta ödənişi həyata keçirilib. Həmçinin bu Yaşıl Kartlar üzrə 40 038 müqavilə rəsmiləşdirilmiş və 2,5 milyon manat sığorta haqqı toplanmışdır".
"Xaricdə rəsmiləşdirilmiş Yaşıl Kartlar üzrə 154 sığorta hadisəsi baş vermiş və 1,2 milyon manat sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin bu Yaşıl Kartlar üzrə 10 169 sığorta müqavilə rəsmiləşdirilmiş və 4,7 milyon manat sığorta haqqı toplanmışdır", - deyə A.Səmədov əlavə edib.