...

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 18 Fevral 2025 14:58 (UTC +04:00)
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən neftin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda magistral neft kəmərləri ilə 3 milyon 209,5 min ton neft nəql edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, nəqletmənin 72,3 faizi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 milyon 319,1 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1 faizini və ya 1 milyon 926,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 faizini və ya 392,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 38 milyon 752,1 min ton neft nəql edilib. Nəqletmənin 76 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. İl ərzində bu kəmər vasitəsilə 29 milyon 470,9 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 82 faizini və ya 24172,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18 faizini və ya 5298,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti