...

Ötən ay Azərbaycanın qızıl istehsalı 90%-ə yaxın artıb

İqtisadiyyat Materials 19 Fevral 2025 10:54 (UTC +04:00)
Ötən ay Azərbaycanın qızıl istehsalı 90%-ə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 236,2 kiloqram qızıl istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 88,5% və ya 110,9 kiloqram çoxdur.

Belə ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda 125,3 kiloqram qızıl istehsal edilib.

Cari ilin fevralın biri vəziyyətinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 207,4 kiloqram olub.

Qeyd edək ki, ötən il Azərbaycanda 2 min 663 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin göstəriciləri ilə müqayisədə, 97 kiloqram və ya 3,5% az olub. 2023-cü ildə Azərbaycanda istehsal olunan qızılın həcmi 2 min 660 kiloqram olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti