...

Beynəlxalq yük daşımaları sahəsində tam elektron icazələrə keçid razılaşdırıldı

İqtisadiyyat Materials 25 Fevral 2025 12:32 (UTC +04:00)
Beynəlxalq yük daşımaları sahəsində tam elektron icazələrə keçid razılaşdırıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Özbəkistan 2025-ci il sentyabrın 1-dən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları sahəsində elektron “İcazə” blanklarına tam keçid barədə razılıq əldə ediblər. Bu barədə qərar fevralın 19-da beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Özbəkistan Qarışıq Komissiyasının videokonfrans formatında keçirilən növbəti iclasında qəbul olunub.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilən qərarlar əsasında beynəlxalq yük daşımalarına hüquq verən “İcazə” blanklarının elektron şəkildə mübadiləsinə və verilməsinə imkan verən “e-Permit sistemi” yaradılıb.

Ötən müddət ərzində müvafiq təşkilati və texniki işlər görülüb, ölkələr arasında məlumat mübadiləsinə imkan verən elektron sistem qurulub.

14 yanvar 2025-ci il tarixində Özbəkistan-Azərbaycan marşrutu üzrə Azərbaycan daşıyıcısının, 27 yanvar 2025-ci il tarixində isə Özbəkistan daşıyıcısının iştirakı ilə elektron “İcazə” blanklarından istifadə olunmaqla ilk sınaq daşımalar uğurla həyata keçirilib.

Hazırda elektron “İcazə” blanklarının mübadiləsi və verilməsi hər iki tərəfdə uğurla davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti