...

Sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi azalıb

İqtisadiyyat Materials 26 Fevral 2025 17:05 (UTC +04:00)
Sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi 2,69 milyard manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin sonu ilə müqayisədə 21 milyon manat və ya 0,8% azdır. Belə ki, 2024-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən sənaye sahəsinə verilmiş kreditlərin həcmi 2,711 milyard manat idi.

Qeyd edək ki, hesabat ayında bankların kredit portfeli 27,5 milyard manat olub. Kredit portfelinin 14,7 milyard manatı biznes kreditlərinin, 8,5 milyard manatı istehlak kreditlərinin, 4,2 milyard manatı isə ipoteka kreditlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti