...

XX əsrdə övlada xərclənən pula investisiya kimi baxılıb - Komitə üzvü

İqtisadiyyat Materials 27 Fevral 2025 13:31 (UTC +04:00)
XX əsrdə övlada xərclənən pula investisiya kimi baxılıb - Komitə üzvü
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

XX əsrdə övlada xərclənən vəsaitə daha çox investisiya kimi baxılıb, yəni hesab edirdilər ki, övlad böyüyəndə valideynə baxmalıdır və qazancını valideynlə bölüşməlidir.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisi İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Tahir Mirkişili “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunan konfransda çıxışı zamanı deyib.

O bildirib ki, lakin dövlət XX əsrin sonlarında insan kapitalının formalaşması məsuliyyətini ailədən alıb öz üzərinə götürdü:

“Beləliklə, insan kapitalı cəmiyyətin inkişafına daha çox töhfə verməyə başladı. Bu gün 611 min uşağa 13 adda sosial müavinət ödənilir. Bu isə dövlətin uşaqlarla gördüyü işin sadəcə kiçik bir hissəsidir”.

O qeyd edib ki, qadınların iştirakçılığının təminatı istiqamətində Azərbaycan bir çox ölkələrdən daha yaxşı vəziyyətdədir:

“Azərbaycanda qadınların iqtisadiyyatda iştirakı yaxşı səviyyədədir. İnsan kapitalının istehsalı ailədə baş verir. Ona görə də ailənin rolu qadınların insan kapitalına çevrilməsində çox böyükdür".

Deputat vurğulayıb ki, bir insan kapitalının formalaşması təqribən 20 il vaxt alır:

“Bəzən biz insan resursu və insan kapitalı ifadələrini qarışdırırıq. İnsan qazandığı bilik-bacarıq hesabına özünə iş tapa bilirsə, o artıq insan kapitalı olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti