...

Xorvatiya ilə yaşıl enerjiyə keçid və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 28 Fevral 2025 18:58 (UTC +04:00)
Xorvatiya ilə yaşıl enerjiyə keçid və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Xorvatiyaya səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə bu ölkənin bir sıra rəsmiləri və şirkət rəhbəri ilə görüşlər keçirilib.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xorvatiyanın iqtisadiyyat naziri, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, özəl sektor, sərmayələrin təşviqi, enerji, turizm, əczaçılıq, tranzit daşımaları sahələri üzrə birgə fəaliyyətin perspektivləri barədə müzakirə aparılıb.

Xorvatiyanın ətraf mühitin mühafizəsi və yaşıl keçid naziri Mariya Vuçkoviç ilə görüşdə ölkələrimizin mühüm tərəfdaşlıq istiqaməti olan energetika sahəsində birgə fəaliyyətin şaxələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerjiyə keçidi və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Xorvatiyanın "Prvo Plinarsko Druştvo" (PPD) şirkətinin rəhbəri Pavao Vuynovak ilə görüş zamanı şirkətin Azərbaycanla əməkdaşlıq potensialı, enerji və qida sənayesi sahələrində fəaliyyətin əlaqələndirilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti