...

"Air Astana" Novruz bayramı ilə əlaqədar Almatı-Bakı istiqamətində əlavə reyslər açacaq

İqtisadiyyat Materials 3 Mart 2025 14:01 (UTC +04:00)
"Air Astana" Novruz bayramı ilə əlaqədar  Almatı-Bakı istiqamətində əlavə reyslər açacaq
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana.Trend:

Qazaxıstanın “Air Astana” hava yollar şirkəti Novruz bayramı ilə əlaqədar sərnişin daşımalarına artan tələbin təmin olunması məqsədilə Almatı-Bakı istiqamətində əlavə reyslər yerinə yetirəcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Komitənin məlumatına əsasən, 16-30 mart 2025-ci il tarixlərində ümumilikdə 120 əlavə reys yerinə yetiriləcək. Belə reyslərdən biri “Air Astana” tərəfindən Almatı-Bakı marşrutu üzrə təşkil olunacaq.

Komitədən, həmçinin, onu da bildiriblər ki, daxili və beynəlxalq uçuşlar üzrə tarif artımı planlaşdırılmır və aviabilet qiymətləri əvvəlki səviyyədədir. Lakin bazar faktorlarından asılı olaraq (uçuşa müəyyən müddət qalmış biletin alışı və sair) aviabilet qiymətləri dəyişə bilər.

Qeyd edək ki, qeyd olunan istiqamətlərdə aviabiletləri şirkətin rəsmi saytında artıq əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti