...

2025-ci ildə Orta dəhliz üzrə yükdaşımaların planlaşdırılan həcmi açıqlanıb

İqtisadiyyat Materials 4 Mart 2025 12:16 (UTC +04:00)
2025-ci ildə Orta dəhliz üzrə yükdaşımaların planlaşdırılan həcmi açıqlanıb
Nursultan Ziyadov
Nursultan Ziyadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilə Orta dəhliz üzrə yükdaşımaları planında 2,5 milyon ton həcm, o cümlədən iyirmi futluq ekvivalentdə 96 min konteyner nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” beynəlxalq assosasiyasının baş katibi Heydər Abdikerimov assosasiyasının Bakıda keçirilən iclasında bildirib.

O qeyd edib ki, 2025-ci il üçün təsdiqlənmiş planın icrası üçün dəmir yolu və liman administrasiyaları, yükdaşıma operatorları, eləcə də gəmiçilik şirkətləri yüklənmiş vaqon və konteynerlərin sərhəd keçid məntəqələrində, limanlarda və Xəzər və Qara dəniz sahilində yerləşən liman stansiyalarında əsassız gecikmələrin və dayanma müddətinin qarşısını almalıdır.

Bununla da qatarların müəyyən olunmuş vaxtda maneəsiz keçidi təmin edilməlidir.

Xatırladaq ki, 2024-cü ildə Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon ton təşkil edib. Gözlənilir ki, görülən tədbirlər 2027-ci ilə qədər onun ötürmə qabiliyyətini 10 milyon tona çatdıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti