Bakı. Trend:
Ötən il 4-cü sənaye inqilabı sahəsində 30-dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq.
Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, qurumun 2024-cü ildə çox geniş spektrli fəaliyyəti olub: "Azərbaycan dünyada ilk dövlətdir ki, dövlət qurumu səviyyəsində 4SİM formalaşdırıb. Azərbaycan MDB məkanında bu mərkəzə ev sahibliyi edən ilk ölkədir.
4-cü sənaye inqilabı sahəsində Ötən il 30 dan çox beynəlxalq tərəfdaşlarla əməkdaşlığa başlamışıq. Beynəlxalq tərəfdaşlardan öyrəndiyimiz təcrübələri yerli tərəfdaşlarla bölüşürük. Yerli tərəfdaşlarımızın sayı 100-dən çoxdur. Bu tərəfdaşlarla strateji əməkdaşlıq çərçivəsində təbii ki Azərbaycanın mövqeyi daha da gücləndirilir".