...

Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistan energetika sahəsində texnoloji tərəfdaşlıq haqqında saziş imzalayıblar

İqtisadiyyat Materials 5 Mart 2025 11:08 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistan energetika sahəsində texnoloji tərəfdaşlıq haqqında saziş imzalayıblar
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Qazaxıstanın “KazMunayQaz”, Rusiyanın “Tatneft” və Özbəkistanın “Uzbekneftegaz” şirkətləri arasında dördtərəfli əməkdaşlıq memorandumları imzalanıb.

Trend xəbər verir ki, saziş Bakıda keçirilən “Energetika sektorunda rəqəmsallaşma, sənaye təhlükəsizliyi və satınalmalar” konfransı çərçivəsində imzalanıb. Bu tərəfdaşlıq rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində inkişafa yönəlib.

"KazMunayQaz"ın açıqlamasında bildirilir ki, sənədlər rəqəmsal həllərin işlənib hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsini, həmçinin texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirləri nəzərdə tutur.

Tərəflər innovativ texnologiyaların tətbiqi, sənaye təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və neft-qaz sənayesinin davamlı inkişafının təmin edilməsi məsələlərini müzakirə ediblər.

“KazMunayQaz” vurğulayıb ki, şirkət geoloji kəşfiyyat və karbohidrogen hasilatı sahəsində texnologiya mübadiləsi və təcrübə sahəsində əsas tərəfdaşlarla əməkdaşlığı genişləndirməkdə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti