...

Bu ilin iki ayında Naxçıvanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 6 Mart 2025 12:02 (UTC +04:00)
Bu ilin iki ayında Naxçıvanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk iki ayında Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının həcmi açıqlanıb.

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu ilin yanvarında su elektrik stansiyalarında (SES) elektrik enerjisi istehsalı 6 310 497 kVt-saat təşkil edib.

"Günəş elektrik stansiyalarında (GES) isə bu rəqəm 3 186 783 kVt-saat olub. Ötən ay isə bu rəqəmlər müvafiq olaraq SES-lərdə 5 861 628, GES-də isə 4 306 938 kVt-saat olub", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən il hesabat dövrü ərzində alternativ və bərpaolunan enerji mənbələrində 235 909 206 kVt/saat elektrik enerjisi istehsal edilərək sistemə ötürülüb. Bu, stansiyalar üzrə sistemə ötürülən ümumi enerjinin 48,7%-ni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti