Bakı. Trend:
Naxçıvan Şəhər İcra Hakimiyyəti (RİH) kommunal təyinatlı texnikalar alır.
Trend-in əldə etdiyi məlumata görə, RİH bununla bağlı müvafiq işlərə başlayıb.
Məlumata əsasən, hərəsindən bir ədəd olmaqla 10 tonluq su maşını, yol təmizləmək üçün süpügə maşını, avto səbət (18 metr), kran manipulyator, qəza-bərpa xidmət avtomobili (daxili təchizatı ilə birlikdə), özü boşaldan maşın (10 ton) və ekskavator- yükləyici nəqliyyat vasitələrinin alınması nəzərdə tutulub.
Naxçıvan Şəhər İcra Hakimiyyəti hazırda sözügedən nəqliyyat vasitələrini təhvil verəcək şirkət axtarışındadır.
RİH qeyd olunan nəqliyyat vasitələrinin satın alınmasına 1,6 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.