...

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşıb

İqtisadiyyat Materials 7 Mart 2025 09:11 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,56 ABŞ dolları və ya 0,78% artaraq 71,96 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,59 dollar və ya 0,84% bahalaşaraq 70,71 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,47 dollar və ya 0,86% artaraq 54,94 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,48 dollar və ya 0,68% bahalaşaraq 70,31 dollar/barel təşkil edib.

Martın 7-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti