Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycandan xaricə ipək ixrac olunmayıb.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Belə ki, ötən ilin yanvarında Azərbaycandan xaricə 112 min ABŞ dolları ipək ixrac olunduğu halda bu ilin yanvar ayında bu məbləğ sıfıra bərabər olub.
Bəhs olunan dövrdə Azərbaycana 5,2 min ABŞ dolları dəyərində ipək idxal edilib ki, bu da, illik müqayisədə dəyişməyib. Ötən ilin eyni dövründə də Azərbaycana idxal olunan ipəyin dəyəri 5,2 min ABŞ dolları idi.
Qeyd edək ki, ötən il Azərbaycandan 53 ton miqdarında, 928 min ABŞ dolları dəyərində ipək ixrac edilib. Həmçinin bu dövrdə idxal olunan ipəyin dəyəri 225 min ABŞ dolları təşkil edib.