...

MKOS Azərbaycan iqtisadiyyatında əlavə dəyərin təxminən 15 faizini təmin edir - AYİB

İqtisadiyyat Materials 12 Mart 2025 11:50 (UTC +04:00)
MKOS Azərbaycan iqtisadiyyatında əlavə dəyərin təxminən 15 faizini təmin edir - AYİB
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Mikro, kiçik və orta sahibkarlıq (MKOS) Azərbaycan iqtisadiyyatında əlavə dəyərin təxminən 15 faizini təmin edir.

Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı rəhbəri Natali Mouravidze Bakıda keçirilən I Milli Maliyyə Əlçatanlığı Forumunda bildirib.

“Azərbaycanda MKOS əhəmiyyətli istifadə olunmamış potensiala malikdir. Hal-hazırda onlar ölkə iqtisadiyyatında əlavə dəyərin 15 faizinə yaxınını təmin edirlər və iş yerlərinin 50 faizini yaradırlar”, - deyə o bildirib.

Onun sözlərinə görə, AYİB Azərbaycanda da MKOS-un ticari maliyyələşməsi və kreditləşməsində öz iştirakını genişləndirir.

"Yaxın illərdə tərəfdaşlarımızla birlikdə KOS-ların rəqabət qabiliyyətinin artırılmasına, “yaşıl” maliyyələşdirmə təşəbbüslərinin genişləndirilməsinə, biznesdə qadınların dəstəklənməsinə, eləcə də ölkədə gənclərin məşğulluq imkanlarının artırılmasına diqqət yetirəcəyik", - deyə bankın nümayəndəsi bildirib.

O vurğulayıb ki, Azərbaycanın KOS subyektlərinin əhəmiyyətli hissəsi, ticarət, nəqliyyat, otel biznesi, ictimai iaşə kimi nisbətən aşağı əlavə dəyərli sektorlara təmərküzləşib.

Mouravidze qeyd edib ki, innovasiyaları tətbiq edən şirkətlər Azərbaycanın növbəti iqtisadi artım mərhələsinin lokomotivi olacaq. Bu keçidin əsas amili rəqəmsallaşmadır.

“Texnologiyalar KOS üçün oyun qaydalarını köklü şəkildə dəyişərək, yeni imkanlar yaradır, səmərəliliiyi artırır, bazarların əlçatanlığını artırır, iri şirkətlərlə bərabər şərtlər yaradır. Avtomatlaşdırmadan tutmuş elektron ticarətə kimi, Əşyaların internetindən tutmuş, mikroödənişlərə kimi – rəqəmsallaşma genişlənmə və rəqabət qabiliyyətinin artırılması üçün yeni perspektivlər açır. Kiçik və orta sahibkarlıq dəyişikliklərə tez bir zaman uyğunlaşmaq qabiliyyətinə malik olmaq kimi üstünlüyə malikdir. Biz rəqəmsal keçidə can atan KOS subyektlərinə məsləhət xidmətləri və maliyyələşdirmə təqdim etdiyimizlə qürur duyuruq", – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti