...

Ötən il işğaldan azad olunmuş ərazilərə xərclənən vəsait açıqlanıb

İqtisadiyyat Materials 14 Mart 2025 11:04 (UTC +04:00)
Ötən il işğaldan azad olunmuş ərazilərə xərclənən vəsait açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün cəmi 5347,2 mln. manat vəsait xərclənib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.

Qeyd olunub ki, ümumilikdə 2021-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə 17,6 mlrd. manat vəsait yönəldilmiş və 2025-ci ilin dövlət büdcəsində 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti